Meqan Markl sayıdır?

22.08.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Britaniya kral ailəsinin üzvü, Sasseks hersoginyası Meqan Markl “Netflix” platformasında yayımlanan “Cənablar” (“The Gentlemen”) serialının üçüncü mövsümündə rol ala bilər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Meqan Marklın layihədə çəkilməklə bağlı danışıqlar apardığı bildirilir. “Deadline”ın məlumatına görə, hersoginyanın hansı obrazı canlandıracağı və neçə seriyada yer alacağı hələlik məlum deyil. Çəkilişlərin payızda başlaması planlaşdırılır.

Baş rolunu Teo Ceymsin ifa etdiyi serial 2024-cü ildə “Netflix”in ən uğurlu layihələrindən birinə çevrilib. İlk dörd həftə ərzində serialı 44 milyon izləyici izləyib.

Qeyd edək ki, “Cənablar” 2019-cu ildə Qay Riçinin eyniadlı filminin davamı hesab olunur. Filmdə Metyu Makkonahi, Mişel Dokeri və Hyu Qrant kimi aktyorlar rol alıb.

Meqan Marklın mümkün aktyorluq qayıdışı onun və həyat yoldaşı, şahzadə Harinin Böyük Britaniyaya qayıtması ilə bağlı xəbərlərin fonunda gündəmə gəlib. Məlumata görə, cütlüyün övladları Arçi və Lilibet Britaniyada məktəbə yazdırılıb. Ailənin ölkədə şəxsi evdə yaşayacağı və kral ailəsinin işləməyən üzvləri kimi statuslarını qoruyacağı bildirilir.

Xatırladaq ki, Meqan və Harri 2020-ci ildə Böyük Britaniyanı tərk ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью