Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Ədliyyə Nazirliyi Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markla qarşı azyaşlıların iştirakı ilə hazırlanmış qanunsuz materialları qəsdən saxlamaq ittihamı irəli sürüb.
Axşam.az xəbər verir ki, o, ümumilikdə 40 il həbs cəzası ala bilər.
Belə ki, FTB əməkdaşları Marklın Filippindəki evində və Los-Anceles yaxınlığında 2008-ci ildən icarəyə götürdüyü iki anbarda axtarış aparıblar. Nəticədə 78-ə yaxın material müsadirə edilib.
İstintaq Tomas Marklın böyük oğlunun atasının Filippindəki keçmiş evində şübhəli materiallar aşkar etməsindən sonra başlayıb. Noyabrın 6-da Florida ştatında qocalar evində saxlanılan Markl girov müqabilində sərbəst buraxılsa da, elektron qolbağını kəsdiyi üçün noyabrın 10-da yenidən həbs olunub.