Məqsəd ballistikanın yaradılmasını sürətləndirməkdir Zelenski

02.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Məqsəd Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndirməkdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən Baş Qərargahla görüş keçirdim. Briqadalarımızın təminatı, bölmələrin ştat cədvəli ilə bağlı məruzələri dinlədim. Həmçinin, Ukraynanın raket proqramı, raket işlərimiz, istehsalımız haqqında çox ətraflı məlumat verildi. Məqsəd Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndirməkdir. Bizim uzaq mənzilli imkanlarımız Ukrayna üçün təhlükəsizliyin aydın və effektiv təminatıdır", - Zelenski qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью