sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Təlim-məşq toplanışı yaxşı keçdi. "Qarabağ"la yoxlama görüşündə məğlub olsaq da, pis təsir bağışlamadıq. Düşünürəm ki, yoxlama görüşlərinin faydası oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Məqsəd İsayev deyib.
Komandanın qış hazırlığından danışan müdafiəçi 2025-ci ilin "Araz Naxçıvan"la keçiriləcək ilk rəsmi oyunla bağlı da fikirlərini bölüşüb: "Araz Naxçıvan"la qarşılaşma bizim üçün finala bərabər olacaq. Bu səbəbdən qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı yanvarın 18-də baş tutacaq. Oyunun start fiti saat 16:00-da sələnəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.