“Məqsəd pley offa vəsiqə qazanmaqdır”

05.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Sumqayıt” komandasının basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandamızın şanslarından danışıb. İsmayıl əvvəlcə “Sumayıt”ın çıxışını dəyərləndirib:

“Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik. Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik”

Vaxtilə “Sərhədçi”də oynayan İsmayıl sabiq komandasını təhlil edib:

“Bir vaxtlar “Sərhəçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyun gözləyir. “Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.

Əliyev klubun azarkeşlərinə də çağırış edib:

“Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompkeksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək verdilər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью