“Məqsədim bütün dünyadakı müharibələri dayandırmaqdır

06.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

“Mənim məqsədim dünyadakı bütün müharibələri dayandırmaqdır”.

Missiya.Az “Sky News”a istinadən xəbər verir ki, bunu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

O, əvvəlki prezidentlik müddətinə toxunaraq xatırladıb ki, bu dörd il ərzində ABŞ heç bir münaqişədə iştirak etməyib.

"Mən müharibəyə başlamayacağam, əksinə müharibələri dayandıracağam”, - deyə Tramp bildirib.

Siyasətçi bunu demokratiya və azadlığın mühüm qələbəsi adlandırıb.

Tramp həmçinin Amerikanın şanlı taleyini ortaya qoyacağına və vətəndaşları üçün daha yaxşı gələcək yaradacağına söz verib:

“Uğurumuz bizi birləşdirəcək”, - deyə siyasətçi əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью