Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. “İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu qarşıdakı hədəfləri barədə
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, belə danışıb: “Hər şeyi qazanacağımıza ümid edirik.
Təbii ki, “İnter”i ən yaxşı şəkildə təmsil etməyə çalışırıq, üzərimizə böyük məsuliyyət düşür. İtaliyada mən artıq hər şeyi qazanmışam.
Məqsədim Çempionlar Liqasının qalibi olmaqdır. İki il əvvəl finalda uduzduğumuzu nəzərə alsaq, arzum oraya qayıdıb kuboku başı üzərimə qaldı
31 yaşlı yarımmüdafiəçi cari mövsüm 32 matça çıxaraq 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Çempionlar Liqasının 1/4 finalında “İnter” “Bayern Münhen” ilə qarşılaşacaq. İlk oyun aprelin 8-də Münhendə baş tutacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.