Məqsədimiz Azərbaycan kubokunu qazanmaqdır

12.02.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Həm biz, həm də “Sumqayıt” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bu da oyunu daha da çətinləşdirirdi. Amma matç yaxşı alındı. Bir neçə gün əvvəl Azərbaycan kubokunda da onlarla qarşılaşmışdıq. Eyni komanda ilə ardıcıl oynamaq çətindir. Bütün çətinliklərə baxmayaraq, layiqli qələbə qazandıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin qapıçısı Tyaqo Silva deyib. O, komandasının 5 oyundan sonra qələbə qazanmasını da xüsusi vurğulayıb:

"Həm "Qarabağ", həm də "Sumqayıt"a qarşı, hər oyuna qələbə qazanmaq məqsədi ilə çıxırıq. Lakin bu, həmişə olmur. İkinci yerə yüksəlmək üçün şanslarımız və imkanlarımız var".

Tyaqo “Zirə”nin “Sumqayıt” üzərindəki qələbəsinin ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə də psixoloji üstünlük olub-olmayacağını şərh edib: "Cavab oyunu doğma meydanımızda keçirilsə də, şanslarımız bərabərdir. Əminəm ki, rəqibimiz də qarşısına irəliləməyi məqsəd qoyaraq, buna uyğun oynayacaq. “Sumqayıt”a qarşı çempionatdakı kimi oynamağa çalışacağıq. Məqsədimiz Azərbaycan kubokunu qazanmaqdır".

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью