“Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”

29.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.

Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri arasında ikinci yoldaşlıq görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.

Əsas xəbərlər, Ölkə futbolu Siyasət Əsgərov: “Nəticəyə görə heyfsilənirik”

30 Oktyabr 2024, 13:10

Əsas xəbərlər, Ölkə futbolu Əsgərov: “Sona qədər mübarizə aparmalıyıq”

25 Oktyabr 2024, 2:00

Əsas xəbərlər, Ölkə futbolu “Bu, onların zəhmətinin nəticəsidir” – Siyasət Əsgərov

17 İyul 2024, 14:18

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığması İsveçrə ilə üz-üzə

16 İyul 2024, 13:05

Əsas xəbərlər, Ölkə futbolu Siyasət Əsgərov: “Xallar qazana bilsəydik…”

13 İyul 2024, 1:34

Manşet, MEDİA Azərbaycanda qadın futbolu – inkişaf, kütləvilik və nəticələr

9 İyun 2024, 18:38

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью