Məqsədimiz bəllidir yalnız qələbə!

02.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

"İlk oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksəkdir və hər kəs qələbəyə köklənib". 

Bu sözləri Fanat.Az-a açıqlamasında "Gəncəbasar"ın qapıçısı Ceyhun Səlimov deyib.

Sentyabrın 3-də start götürəcək 1-ci Liqanın ilk turunda "Şimal"ın qonağı olacaq komandanın qolkiperi belə danışıb:

"Rəqibə hörmətlə yanaşırıq, amma bizim məqsədimiz bəllidir - yalnız qələbə! Meydanda sonadək mübarizə aparacağıq, hər top uğrunda savaşacağıq və komandamızın gücünü göstərəcəyik İnanıram ki, birlikdə yaxşı nəticə əldə edəcəyik və azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, "Şimal" - "Gəncəbasar" matçı sentyabrın 4-də baş turacaq. Şamaxı OİK stadionunda reallaşacaq görüş 17:00-da başlayacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью