Məqsədimiz Bəşər Əsədi devirməkdir ƏlColani

06.12.2024

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

"Məqsədimiz Bəşər Əsədi devirməkdir"- Əl-Colani

Məqsədimiz Suriya prezidenti Bəşər Əsəd rejimini devirməkdir.

Bunu CNN-ə açıqlamasında müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Colani deyib.

Hərəkat lideri Əsəd administrasiyasını devirərək yeni hökumət qurmağı hədəflədiklərini vurğulayıb.

"Rejimin məğlubiyyət toxumları həmişə öz içərisində olub. Əvvəl iranlılar, daha sonra isə rusiyalılar vaxt qazanaraq, rejimi dirçəltməyə çalışdılar, amma buna nail ola bilmədilər. Həqiqət rejimin öldüyünü göstərir", - deyə Colani qeyd edib.

Xatırladaq ki, müxalif silahlı qruplaşma Suriyanın Hələb və Həmadan sonra Homs əyalətinə daxil olub.

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью