“Məqsədimiz çempionluqdu, ən pis halda 2 ci yeri tutub, pley offdan elitaya yüksəlmək” iddiasını gizlətmədi

13.09.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu mövsüm də 1-ci liqada maraqlı mübarizə gedəcəyinə inanmağa dəyər. 4-5 komandanın elitaya vəsiqə uğrunda mübarizə aparacağı gözlənilir.

“Football-plus.az” bəzi iddialı klublarla əlaqə saxlayıb, konkret hədəflərini öyrənib.
Rəşad Məmmədov, “Səbail”in mətbuat katibi:

“Əsas hədəf çempion olmaq, premyer-liqaya qayıtmaqdı. Amma məğlubiyyətsiz çempion olmaq kimi hədəf qoydu”.


Araz Əhmədov, “Baku Sportinq”in meneceri:

“Hədəfimiz çempionatın startından aslı olacaq. Hədəfimiz hər oyunda qalib gəlmək, yüksək yerlər uğrunda oynamaqdı - ən azı dekabra qədər. Ondan sonra da vəziyyətə baxacağıq. Komanda yaxşıdı, mövsümə yaxşı hazırlaşıb”.


Elgiz Kərəmli, “Şəfa”nın baş məşqçisi,:

“Bəli, yaxşı heyət formalaşdırmışıq. Həm gənc, həm də təcrübəli futbolçulardan ibarət heyətimiz var. Qəbələdə çox yaxşı toplanış keçimişik. Çempionata istədiyimiz kimi hazırlaşmışıq. Məqsədimiz çempionluqdu, ən pis halda 2-ci yeri tutub, pley-offdan elitaya yüksəlmək. Aşkar favorit olduğumuzu deyə bilmərəm, çünki digər komandalarda da premyer-liqa təcrübəsinə malik futbolçular var. 1-ci liqa ildən-ilə inkişaf edir. Bu mövsüm də güclü rəqabət olacaq”.


Rüstəm Məmmədov, “Zaqatala”nın baş məşqçisi:

“Durumumuz qənaətbəşdi. Tam hazır deyilik, çünki gec yığışdıq. Rəhbərlik qarşımıza konkret hədəf qoymayıb. Amma “Zaqatala”nın hədəfi minimum mükafatçılar sırasında yer almaqdı. Sponsor oldu-olmadı, hədəfimiz yüksək yerlərdi”.


MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью