“Məqsədimiz daim irəli getməkdir” Sxadadze

13.12.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün I Liqanın IX turunun son oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Cəbrayıl”la qarşılaşıb. Görüş “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra komandanın baş məşqçisi Kaxaber Tsxadadze klubun rəsmi saytına açıqlama verib. Matçla bağlı fikirlərini bildirən mütəxəssis bunları deyib:

“Futbolçular çox yaxşı çalışdılar. Müdafiədə etibarlı oynadıq. Ən vacibi isə qol buraxmadıq. Hücumda da çox yaxşı imkanlarımız oldu. Lakin səhvlərimizi də inkar etmək olmaz. İşləməli olduğumuz bəzi məqamlar var. Matç başa çatdıqdan sonra futbolçularıma təşəkkür etdim. Gördükləri işi çox yüksək qiymətləndirirəm. Lakin dayanmadan çalışmaq lazımdır. Çünki məqsədimiz daim irəli getməkdir. Yolumuz uzundur”.

Baş məşqçi komandanın lider kimi başa vurduğu I dövrə barədə də fikirlərini bildirib:

“Birinci dövrəni məğlubiyyətsiz başa vurduq. Həmçinin qol da buraxmadıq. Həmişə çalışmışıq ki, müdafiədə etibarlı oynayaq. Lakin bu hələ birinci dövrədir. Nəticə bizi aldatmalı deyil. Qarşıda hələ 2 dövrə olacaq. Məqsədə çatmaq üçün daha çox çalışmalıyıq”.

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan futbolunda biabırçılıq: hakim təyinatı unuduldu

12 Dekabr 2024, 8:56

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ” – “Qarabağ”: heyətlər məlum oldu

4 Dekabr 2024, 15:05

Əsas xəbərlər, Ölkə futbolu Kərimovdan sərt ittiham: “Haqqımızı yedilər”

29 Noyabr 2024, 14:00

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ” liderliyə yüksəldi

28 Noyabr 2024, 17:05

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Verəcəyimiz maaşa görə Bakıdakı klublarla rəqabət apara bilmirik”

25 Noyabr 2024, 14:26

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ”dən növbəti qələbə

21 Noyabr 2024, 22:16

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью