Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq. “Səbail” kimi komandada çalışmaq, nəticə qazanmaq və onun uğrunda mübarizə aparmaq hər bir
Gənc məşqçi olmağıma baxmayaraq, xoşbəxtəm ki, bu gün burdayam”.
QOL.az saytının məlumatına görə, bu sözləri “Səbail”in yeni baş məşqçisi Cavid Hüseynov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
O, komandasının hazırkı məqsədinin Premyer Liqada qalmaq olduğunu bildirib: “Reallıq odur ki, məqsədimiz bu il Premyer Liqada qalmaqdır.
Çalışacağıq ki, maksimum dərəcədə bunu yerinə yetirək. Həm yaxşı oyunla, həm də mübariz bir komanda ilə tapşırığın öhdəsindən gəlməyə çalışa
Mütəxəssis komandanın potensialının olduğunu qeyd edib: “Turan Tovuz”da köməkçi məşqçi kimi çalışırdım.
“Səbail”ə gəlməmişdən öncə məsləhətləşdiyim insanlar da oldu. Komandanın potensialına inanmasaydım, gəlməzdim.
Bu komandanın oyunlarını rəqib olaraq analiz etmişəm. Komandanın potensialı çox şeydən xəbər verir”.