Məqsədimiz Premyer Liqada qalmaqdır Elvin Məmmədov

27.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Səbail"in məşqçisi Elvin Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları matçdan danışıb.

QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: 

- Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk. Son matçlarda oyunumuzda inkişaf var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıda çempionat oyunumuz var. Ona hazırlaşırıq.

- Demək olar ki, ən vacib oyununuz çempionatda "Şamaxı"ya qarşıdır. Həmin matç haqda fikriniz necədir?

- Məqsədimiz Premyer Liqada qalmaqdır. "Şamaxı" ilə matç bizim üçün 6 xallıq final oyunudur. "Səbail" ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik. (sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью