Məqsədyönlü siyasət, qazanılan uğurlar

29.10.2026

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Lerik rayon təşkilatının növbəti görüşü Cəngəmiran kəndində keçirilib.

Görüşdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycanın qazandığı uğurlar, milli birliyin və həmrəyliyin qorunması, eləcə də qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib

ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir, ölkəmizin inkişafı və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm addımlar atılır.

Tədbirdə Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu, partiyanın qarşıya qoyduğu məqsədlər və üzərinə düşən vəzifələrin yerinə yetirilməsində hər bir partiya üzvünün fəallığının əhəmiyyəti vurğulanıb. Eyni zamanda o da qeyd edilib ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması və gələcək nəsillərə daha güclü Azərbaycanın ötürülməsi naminə səylərini davam etdirir.

Çıxışlarda, həmçinin siyası həmrəyliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, dövlət siyasətinin uğurlarının ictimaiyyətə çatdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Tural Əliyev,

Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью