Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Filippinin Manila şəhərinin meri Elis Quo barədə qorxunc faktlar üzə çıxıb. Xanım merin Çin vətəndaşı olduğu və saxta şəxsiyyət vəsiqəsi ilə seçkiyə qatıldığı məlum olub.
Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Elis Quo insan alverində günahlandırılır. O, yüzlərlə insanı öz kazinosunda işləməyə məcbur edib. Polisin merin malikanəsində keçirdiyi əməliyyat zamanı 700-dən çox əsir müəyyən edilərək yaxınlarına təhvil verilib.
Məhkəmə prosesində Elis Quonun cinayəti sübut olunub. O, ömürlük azadlıqdan məhrum edilib.