Mer: Moskvada bu il də Yeni il atəşfəşanlığı olmayacaq

06.12.2024

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskvada Yeni il şənlikləri zamanı atəşfəşanlıq planlaşdırılmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Qeyd edək ki, 2022 və 2023-cü illərdə müharibə səbəbi ilə Moskvada Yeni il atəşfəşanlığı təşkil edilməyib.

Sobyanin 2022-ci ilin noyabrında izah edib ki, "Aktiv vətəndaş" saytında sorğuda iştirak edən Moskva sakinləri atəşfəşanlıq və küçə konsertlərinə qarşı çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью