Mərakeş açıqladı, FIFA təkzib etdi

10.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Mərakeş Kral Futbol Federasiyasının (RMFF) prezidenti Fauzi Lekja DÇ-2030-un final qarşılaşmasının Kasablankada inşası davam edən yeni “II Həsən” stadionunda keçiriləcəyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, federasiya rəhbəri Ben-Sliman əyalətinin bu tarixi mərhələyə ev sahibliyi edəcəyini bildirib.

Lakin Beynəlxalq Futbol Federasiyası (FIFA) bu açıqlamanı təkzib edib. Ali futbol qurumunun mətbuat xidmətindən “Marca” nəşrinə verilən bəyanatda bildirilib ki, final oyununun keçiriləcəyi məkanla bağlı rəsmi qərar hələ verilməyib və bu barədə müəyyən olunmuş vaxtda xüsusi açıqlama olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью