Mərakeş Azərbaycanla sərmayələrin təşviqi saziş layihəsi istiqamətində işləri davam etdirir

03.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qahirə, 3 fevral, AZƏRTAC

Azərbaycanla Mərakeş arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” saziş layihəsi üzərində işlər davam edir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla Mərakeşin iqtisadiyyat və maliyyə naziri Nadia Fəttah əl-Alavi arasında baş tutan görüşdə müzakirə olunub.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Bu xüsusda 2018-ci ildə imzalanmış “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın icrası məsələləri barədə fikir mübadiləsi aparılıb.

Mərakeşli nazir bu ilin iyun ayında keçiriləcək İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantısında iştirak etmək üçün Bakıya dəvət olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью