Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərakeş 2024-cü ildə Afrikanın aparıcı turizm istiqaməti kimi önə çıxaraq 17,4 milyon ziyarətçi qəbul edib və 15,7 milyon turist cəlb edən Misiri geridə qoyub.
Bu nailiyyət, ölkənin ən məşhur şəhəri olan Mərakeş yaxınlığında baş verən dağıdıcı zəlzələdən cəmi bir il sonra əldə olunub.
Bizimyol.info Mərakeşin Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ildə turizm gəlirləri də rekord həddə çataraq 11 milyard dollara yüksəlib.
Bu göstərici əvvəlki il - 2023-də qeydə alınan 10,5 milyard dollardan yüksəkdir.
2023-cü illə müqayisədə turizm sektorunda 20%-lik, pandemiyadan əvvəl, 2019-cu ildə qeydə alınan 13 milyon turistlə müqayisədə isə 33%-lik artım müşahidə olunub.
Qeyd edək ki, Mərakeş turizm hədəflərinə planlaşdırıldığından iki il əvvəl çatıb.
BMT-nin məlumatları Şimali Afrikanın qitənin turizm sahəsində üstün mövqeyini vurğulayır.