Mərakeş DÇ nin pley off mərhələsində üç Avropa millisini keçib

30.06.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xəbər verdiyimiz kimi, ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kubokunun 1/16 final mərhələsində Mərakeş Niderlandı penaltilərdə məğlub edib və 1/8 final mərhələsinə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bununla da, Mərakeş milli futbol komandası Dünya Kubokunun pley-off mərhələsindən üçüncü Avropa komandasını kənarlaşdırıb.
Belə ki, 2022-ci il Dünya Kubokunda Mərakeş 1/8 finalda İspaniyanı (0:0, penaltilərdə 3:0), 1/4 finalda isə Portuqaliyanı (1:0) məğlub edərək turnirdən kənarlaşdırıb.
Qeyd edək ki, Niderlandla görüşdə əsas və əlavə vaxt heç-heçə (1:1) başa çatıb.
Mərakeşin hazırkı çempionatın 1/8 final mərhələsindəki rəqibi Kanada olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью