Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Mərakeş kralı VI Məhəmməd krallığın Suriyada səfirliyini yenidən açmaq niyyətində
Bu barədə “Al Arabiya” məlumat yayıb. Məlumata görə, monarx bu qərarını Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraaya ünvanladığı məktub
Məktubu Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının sammitində Mərakeşin xarici işlər naziri Nasser Burita oxuyub.
Bundan başqa, Burita sammit çərçivəsində Suriya xarici işlər naziri Asaad Əş-Şibani ilə görüşüb.
Tərəflər Mərakeş və Suriya arasında diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.
Suriya XİN-in bəyanatında qeyd olunub ki, Dəməşq də “Rabatda səfirliyin açılması üçün prosedurları başladacaq”.
Xatırladaq ki, Rabat 2012-ci ildə Suriyada silahlı münaqişənin başlamasından sonra Dəməşqlə diplomatik əlaqələrini kəsmişdi.
"Cebheinfo.az" Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.