Mərakeş prokurorluğu araşdırmalara başladı: Seuta hadisələri...

03.08.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərakeş Prokurorluğu İspaniyanın Seuta muxtar şəhərinə miqrantların qanunsuz kütləvi axını zamanı baş verən cinayət əməlləri və hadisələrlə bağlı araşdırmaya başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin xüsusi açıqlamasında bildirilib.

"Prokurorluq, öz qanuni səlahiyyətləri daxilində, bütün halları müəyyən etmək, məsul şəxsləri tapmaq və müvafiq hüquqi tədbirlər görmək məqsədilə Seuta hadisələri ilə bağlı bağlı məhkəmə araşdırmasına başlayıb", - deyə bildirilib.

Qeyd edək ki, 70 minə yaxın miqrant kütləvi olaraq qanunsuz şəkildə Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olub. Son məlumata görə, baş verən qarşıdurmalar nəticəsində ölən miqrantların sayı 90-a çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью