Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərakeş millisi DÇ-2026-da tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, komanda 1/8 finalda Kanadanı məğlub edərək 1/4 finala yüksəlib.
Bununla Mərakeş dünya çempionatları tarixində bir dəfədən çox 1/4 finalda oynayan ilk Afrika ölkəsi olub.
Mərakeş daha əvvəl DÇ-2022-də də 1/4 finala yüksəlmişdi. Həmin turnirdə komanda 1/8 finalda İspaniyanı penaltilər seriyasında keçmiş, 1/4 finalda isə Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdı. Mərakeşin həmin mundialdakı yolu yarımfinalda Fransa qarşısında başa çatmışdı.
Qeyd edək ki, Mərakeş DÇ-2026-nın 1/4 finalında Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
Unai Simon rekord qırdı - DÇ tarixində zirvəyə yüksəldi İspaniyanın məğlubiyyətsizlik seriyası davam edir - 34 oyuna çatdı Mbappe Messiyə yaxınlaşdı - Dünya çempionatlarında 18-ci qol DÇ-2026-dan sonra ayrılıqlar - 6 milli baş məşqçisini göndərdi Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət