Mərakeş və İspaniya arasında qaçaqmalçılıq tuneli TAPILDI

20.02.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın Şimali Afrikadakı Seuta bölgəsi ilə Mərakeş arasında n *rkotik qaçaqmalçılığı üçün istifadə edilən 12 metr dərinlikdə tunel aşkar edilib.

News24.az xəbər verir ki, sənaye zonasındakı anbarda axtarış zamanı aşkarlanan və əsas işıqlandırma sistemi ilə təchiz edilən tunelin uzunluğu hələ müəyyən edilməyib.

“Hədes” adlı əməliyyatda son 3 həftədə 2-si polis olmaqla 14 nəfər saxlanılıb və 6 min kiloqram n *rkotik maddə ələ keçirilib.

Onu da qeyd edək ki, Şimali Afrika ilə Avropa arasında n *arkotik ticarəti üçün tranzit məntəqəsi olan Seuta uzun müddətdir ki, qaçaqmalçılıq əməliyyatlarının mərkəzindədir.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью