Mərakeşdə 50 ildən sonra möcüzə: Səhrada qar yağdı

03.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərakeşin cənub və cənub-şərq bölgələrində nadir təbiət hadisəsi baş verib - səhra ərazisində 50 ildən sonra ilk dəfə olaraq qar yağıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli "Maghreb Arabe Press" telekanalı kadrlar yayıb.

Bildirilir ki, bəzi ərazilərdə qar örtüyünün hündürlüyü hətta 35-40 santimetrə çatıb. Dağlıq ərazilərdə bəzi yerlərdə isə hava temperaturu -5°C-yə qədər düşüb.

Mərakəş Milli Meteorologiya Mərkəzi bu qeyri-adi hava şəraitini Şimali Avropadan soyuq hava axınları ilə izah edib. Qeyd edək ki, Mərakəş səhrası dünyanın ən isti və quraq səhralarından biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью