Mərakeşdə etiraz aksiyalarında 286 nəfər xəsarət alıb

01.10.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərakeşdə baş verən etiaz aksiyalarında təhlükəsizlik qüvvələrindən 263 nəfər, mülki şəxslərdən isə 23 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Mərakeşin daxili işlər nazirliyi məlumat yayıb.

Etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı bıçaq, daş və molotov kokteyllərindən istifadə ediblər.

Toqquşmalar zamanı 409 etirazçı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Mərakeşdə bir neçə gündür ki əsasən gənc nəslin iştirakı ilə keçirilən etiraz aksiyalarında korrupsiya ilə mübarizə aparılması, təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью