Mərakeşdə güclü yağış səbəbindən yaşayış evi uçub, ölənlər var

31.01.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərakeşin şimal-şərqində bir neçə gündür davam edən güclü leysan yağışları nəticəsində yaşayış evi uçub, iki nəfər dağıntılar altında qalaraq həyatını itirib.
APA xəbər verir ki, bu barədə "Hespress" portalı məlumat yayıb.

Məlumata görə, hadisə Tuanat bölgəsində baş verib. Evin uçmasına fasiləsiz yağan yağışlarla yanaşı, tikilinin köhnə və yararsız vəziyyətdə olması səbəb olub.
Portalın qeyd etdiyinə görə, son günlər eyni bölgədə leysan yağışları nəticəsində daha iki ev də dağılıb.
Həmin hadisələrdə xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью