Mərakeşdə hərbi təyyarə qəzaya uğrayıb

22.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərakeşdə pilotların təlimi üçün nəzərdə tutulan "Da-42" tipli təlim təyyarəsi havaya qalxdıqdan dərhal sonra Bin Süleyman bölgəsindəki hava bazasında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu haqda Mərakeş ordusundan verilən açıqlamada bildirilib.

Məlumata görə qəza zamanı Hərbi Hava Qüvvələrinin iki zabiti həlak olub.

Qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyası yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью