Mərakeşdə qurban kəsmək qadağan olundu | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərakeş hökuməti Qurban bayramı ərəfəsində heyvan bazarlarını bağlamaq qərarı qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qurban bayramı ərəfəsində bir çox bölgələrdə heyvan bazarları bağlanıb və qurbanlıq heyvan kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb.
Bəzi rayonlarda qanunsuz satışın qarşısını almaq üçün yoxlamalar artırılıb.
Qərar ölkədə son illərdə artan quraqlıq, heyvan ehtiyatının azalması və xərclərin artması ilə əlaqədar verilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə son 7 ildir davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub.
Yağıntıların miqdarı son 30 ilin orta göstəricisindən 53 faiz az olub. Bu vəziyyət qurbanlıq heyvanların tədarükünə xeyli təsir edib.
Mərakeş kralı VI Məhəmməd daha əvvəl Qurban bayramı ilə bağlı verdiyi açıqlamada ölkədə iqlim dəyişikliyinin yaratdığı quraqlıq və iqtisadi çətinliklərin təsirli olduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu