Mərakeşdə Seutaya yeni miqrant axınının qarşısı alınıb

15.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərakeş təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Fnideq şəhəri yaxınlığında İspaniyanın Seuta anklavına keçməyə çalışan yüzlərlə miqrantın qarşısını alıb. Hadisə avqustun 15-də baş verib. 

Məlumata görə, əməliyyat zamanı 111–148 nəfər saxlanılıb. Onlardan 61 nəfər qeyri-qanuni miqrasiyaya təhrik etməkdə şübhəli bilinərək həbs edilib. Mərakeş təhlükəsizlik qüvvələri sərhəddə gücləndirilmiş rejimdə çalışıb və miqrantların keçid cəhdlərini dəf edib. 

Yeni cəhdlər sosial şəbəkələrdə yayılan və avqustun 15-də Seutaya sərhədin açılacağı barədə yanlış məlumatlardan sonra baş verib. Mərakeş və İspaniya son həftələrdə sərhəddə təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirib. 

Qeyd edək ki, iyulun sonunda Seutaya kütləvi miqrant axını baş vermiş, on minlərlə insan sərhədi keçməyə çalışmışdı. Hadisə çoxsaylı insan tələfatı ilə nəticələnmişdi. 

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью