Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunur

25.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramına qəbul elan edir.

Bu barədə "Cebheinfo.az"-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçirilir.

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan vətəndaşlarına Mərakeşin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı təqdim olunur. Təqaüd proqramına müraciət üçün son tarix 6 avqust 2026-cı ildir.

Müraciət şərtləri və tələb olunan sənədlər barədə ətraflı məlumat üçün keçid: 

https://htp.edu.az/.../a6a87ee0c65e4a5e8361e74a2b0976f8.pdf

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью