Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

21.11.2024

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərakeşdə Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Maghreb Arab Press (MAP) agentliyi məlumat yayıb.

Qəza nəticəsində HHQ-nin polkovniki və təlim keçən daha bir zabit həlak olub.

Bildirilir ki, DA-42 təlim təyyarəsi Ben-Sliman hərbi hava bazasında havaya qalxandan dərhal sonra qəzaya uğrayıb.

Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komitəsi yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью