Mərakeşə güclü qar yağıb

31.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərakeşin mərkəzi, cənub-şərq və cənub bölgələrində bir sıra əyalətlərə qar və leysan yağış yağıb, soyuq temperatur hökm sürür.

Oxu.Az xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" xəbər agentliyi məlumat yayıb.

Ölkənin 10-a yaxın əyalətində geniş ərazilər qalın qar təbəqəsi ilə örtülüb. Bəzi yerlərdə qar təbəqəsinin hündürlüyü 35-40 sm-ə çatır, havanın temperaturu mənfi 5 dərəcəyə enib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью