Icma.az, 525.az portalına istinadən məlumat verir.
Mərakeş Kralı VI Məhəmməd Fatimə Əzzəhra Əl-Mənsurini hökumət başçısı təyin edib.
525.az xəbər verir ki, Kral ona yeni hökuməti formalaşdırmağı tapşırıb.
Bu təyinat 23 sentyabr 2026-cı ildə keçirilmiş parlament seçkilərindən sonra baş tutub. Seçkilərdə "Həqiqilik və Müasirlik" Partiyası Nümayəndələr Palatasında ən çox səs toplayan siyasi partiya olub.
Qeyd edək ki, Mərakeş Krallığının tarixində ilk dəfə qadın hökumət başçısı vəzifəsinə təyin edilib. Bu təyinat, həmçinin qadınların Mərakeşin siyasi və ictimai həyatında iştirakının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir ki, peşəkar hüquqşünas olan Əl-Mənsuri bir sıra seçkili və hökumət vəzifələrində çalışıb. O, Mərakeş şəhərinin meri, daha sonra isə milli ərazi planlaşdırılması, torpaq planlaşdırılması, mənzil və şəhər siyasəti naziri vəzifələrini tutub. 2024-cü ildən "Həqiqilik və Müasirlik” Partiyasında təmsil olunur.
Onun hökumət başçısı təyin edilməsi Mərakeşdə qadınların dövlət idarəçiliyinin ən yüksək səviyyələrində təmsilçiliyinin tədricən möhkəmlənməsi baxımından daha bir mühüm mərhələdir. Bu təyinat son onilliklər ərzində mərakeşli qadınların ölkənin siyasi, institusional və iqtisadi inkişafında fəal iştirakından sonra baş verib. Yeni hökumətin formalaşdırılması prosesi bundan sonra hökumət başçısı təyin olunmuş Fatimə Əzzəhra Əl-Mənsurinin rəhbərliyi ilə, konstitusion prosedurlara uyğun olaraq davam etdiriləcək.
Pərvanə Sultanova