Mərakeşin “qol umidi”dən məyusedici xəbər

09.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Mərakeş millisi DÇ-2026-da 1/4 finalın Fransa ilə oyununa ciddi itki ilə çıxacaq.

Futbolpress.az xəbər verir ki, Afrika təmsilçisinin hücumçusu İsmail Saibari zədə səbəbindən oyunu buraxacaq. Bu barədə komandanın baş məşqçisi Mohebi Fransa mətbuatına açıqlamasında deyib. O, forvardın hələ hazır olmadığını bildirib.

Saibari 1/8 finalda Kanada ilə matçda zədələnmişdi.

Fransa – Mərakeş oyunu bu gün, saat 00:00-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью