Mərakeşli fanatlar Niderlandda yenə iğtişaş törətdi

06.07.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Mərakeş millisi mundialda Kanada yığmasını 3:0 hesabı ilə məğlub etdikdən və 1/4 finala vəsiqə qazandıqdan sonra Niderlandda yaşayan Mərakeş əsilli fanatlar iğtişaş törədiblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar asayiş keşikçilərini şüşə qab, daş, fişəng, hətta yumurta "atəşinə" tutublar.

Amsterdam, Utrext, Haaqa, Rotterdam və digər şəhərlərdə asayişi pozan fanatları sakitləşdirməyə çalışan 2 polis yaralanıb. Onlarla qanun pozucusunun saxlandığı bildirilir.

Qeyd edək ki, bu, mərakeşli fanatların Niderlandda törətdiyi ilk belə hal deyil. Hələ Mərakeş millisi 1/16 finalda bu ölkənin yığmasını mundialdan kənarlaşdırdıqdan sonra da azarkeşlər bir çox şəhərlərin küçələrində ixtişaşlar törətmişdilər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью