sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın "Bavariya" klubu yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi Niderlandın PSV klubunda çıxış edən İsmayıl Saibari ilə bağlı ilkin danışıqlara başlayıb.
Mənbənin sözlərinə görə, "Bavariya" futbolçunun nümayəndələri ilə ilk təmasları qurub. Mərakeşli yarımmüdafiəçinin özü də Almaniya nəhənginə keçid variantına müsbət yanaşır.
Hazırda klublar arasında rəsmi razılıq əldə olunmasa da, tərəflərin transferin maliyyə şərtləri üzərində müzakirələri davam etdirdiyi bildirilir.
Qeyd edək ki, Saibari bu mövsüm PSV-nin heyətində 39 rəsmi matçda 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.