Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərakeş millisinin və “Lill”in futbolçusu Ayyub Buaddi karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Şəhərlilər” 18 yaşlı futbolçu üçün danışıqlara başlayıb.
Buaddi dünya çempionatındakı çıxışı ilə diqqət çəkib. O, Mərakeş yığmasının heyətində mundialda 5 oyunda meydana çıxıb.
Futbolçunun “transfermarkt”da dəyəri 80 milyon avrodur.