Mərakeşli yarımmüdafiəçi Bavariya nın hədəfində

02.06.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Bavariya" heyətini gücləndirmək istiqamətində işləri davam etdirir və yay transfer pəncərəsi üçün prioritet namizədlərindən birini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, Almaniya çempionunun diqqət mərkəzinə PSV-nin yarımmüdafiəçisi İsmael Saybari düşüb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Münhenlilər artıq mərakeşli futbolçunun mümkün transferi ilə bağlı danışıqlara başlayıblar. Saybari təkcə meydanın mərkəzində deyil, həm də hücumun cinahlarında oynamaq qabiliyyətinə malikdir. Bu da onu məşqçilər heyəti üçün cəlbedici variant edir.

​25 yaşlı hücumameyilli yarımmüdafiəçinin özünün də "Bavariya"ya keçməyə müsbət yanaşdığı bildirilir.

​Qeyd edək ki, İsmael Saybari 2025/26 mövsümündə PSV-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 37 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью