Meral Akşener vitse prezident olacaq?

23.01.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İYİ Partiyanın sabiq sədri Meral Akşener ilə bağlı sürpriz iddia yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçinin Türkiyənin vitse-prezidenti olacağı deyilir.

Türkiyə mediasında yayılan xəbərlərə əsasən, Meral Akşener ilə Rəcəb Tayyib Ərdoğan arasında bununla bağlı razılıq əldə olunub. Onun mart ayında vitse-prezident vəzifəsinə təyin olunacağı gözlənilir. 

Qeyd edək ki, son günlərdə Meral Akşenerə yaxın şəxslərin hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) qatılması diqqət çəkir. Bir neçə gün öncə İYİ Partiyanın sabiq mətbuat katibi, deputatı Kürşad Zorlu AK Parti üzvü olub. 

Yaxın zamanda sabiq İYİ Partiya deputatı Ünal Karamanın da hakim partiyaya keçməsi gözlənilir.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью