Meral Konrat bizdən daha çox qonorar alırdı “Təhminə”nin Mədinəsi | Icma.az
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. "İstintaq davam edir" filmində Dilarə, "Təhminə" filmində Mədinə obrazları ilə ta
Milli.Az həmin müsahibəni təqdim edir: - Necəsiniz, Larisa xanım, həyatınız necə keçir? - Mənim yaşımda həyat necə ola bilər? Yaşayıram.
İşlər qaydasındadır. Nəvəm var deyə həyata sevgim də var. Belə.
Aktrisa kimi fəaliyyətimə gəldikdə isə, uzun müddətdir filmlərə çəkilməkdən imtina etmişəm.
Müəyyən yaşdan sonra məndə yaddaş problemi üzə çıxdı. Buna görə də aktrisa kimi fəaliyyətimi dayandırmağa qərar verdim.
Çünki iki kəlmə deyəndən sonra üçüncüdə birdən hansısa sözü unudub əsəbləşməyə başlayırdım.
Düşündüm ki, qalan ömrümü əsəb içində yaşaya bilmərəm. - Neçə ildir Rusiyadasınız? - 1994-ci ildən bəri Moskvada yaşayıram.
- Bakıda doğulmusunuz. - Bəli. 17 yaşım olanda təhsil almaq üçün Moskvaya gəldim.
Tam oxu
Xəbəri oxu