Meraya Kerinin Barbi gəlinciyi təqdim olundu

23.11.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Dünyaca məşhur oyuncaq istehsalçısı “Mattel” Yeni il mahnıları ilə yadda qalan müğənni Meraya Keri üçün ikinci “Barbie Signature” gəlincik kolleksiyasını təqdim edib.

Kulis.az xəbər verir ki, bu dizayn 2023-cü ildə satışa çıxarılan və ilk ehtiyatları bir gündən az müddətdə tükənən ilk gəlincikdən sonra hazırlanıb.

Müğənninin əfsanəvi Yeni il albomunun üz qabığındakı obrazından ilhamlanan gəlincik ağ yaxalı qırmızı məxmər kombinezon, qara çəkmələr və kəmərlə tamamlanıb.
Gəlinciyin əlində mikrofon, barmağında isə Kerinin imzasına çevrilmiş kəpənək üzüyü yer alıb.

Meraya Keri “Barbie Signature”ın musiqi dünyasının əfsanələrinə həsr olunmuş xüsusi seriyasında Selin Dion, Uitni Hyuston, Devid Boui, Tina Törner, Elvis Presli və Elton Con kimi sənətçilərin sırasında yer alır.

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı "John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью