Mərc oyunları oynayan futbolçular radar a alındı 3700 nəfər araşdırılır

01.11.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Futbol federasiyası (TFF) prokurorluqla birlikdə 371 hakimin Misli mərc oyunlarının aktiv iştirakçısı olmasını üzə çıxardıqdan sonra növbə futbolçulara çatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF prezidenti İbrahim Hacıosmanoğlu CNN Türk kanalına müsahibəsində açıqlama verib.

O, təəssüflə bildirib ki, futbol qumarına qurşanan hakimlər kmi, futbolçular da var: "Onların, yəni, araşdırma hədəfində olan şübhəlilərin sayı ortaya çıxanda, həqiqətən şox pis oldum. Bu, artıq türk futbolunun hansı drumda olduğunu göstərir, təəssüf ki. Ancaq biz lazım olan hər şeyi edəcəyik. Hakimlərdən başladıq, indi növbə oyunçularındır. 3700-dən çox hakim, futbolçu, klub  təmsilçiləri hazırda şübhəli qismində araşdırılır."

Fərid ASLAN
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью