Icma.az, Modern.az saytına istinadən bildirir. Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan Quliyevin
Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm ox
Hökmə əsasən, Urfan Quliyevə ittiham olunduğu iki maddə üzrə bəraət verilib.
Təqsirləndirilən şəxs 1 il 10 ay 10 gün azadlıqdan məhrum edilib. Cəza müddəti ev dustağlı ilə əvəz olunub.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, ittihama görə, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz online qumar və mərc oyunları təşkil edib.
İttihamda qeyd olunub ki, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub.
O, bu yolla 3 milyon manatdan artıq qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.