Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliya prezidenti Lula da Silva ölkədə onlayn mərc oyunlarının qadağan edilməsi ilə bağlı qərardan danışıb.
QOL.az xəbər verir ki, "CNN Brasil"in məlumatına görə, dövlət başçısı sentyabrın 25-də bukmeker şirkətlərinin Braziliyada fəaliyyətini, o cümlədən reklam və sponsorluğunu tam qadağan edən fərman imzalayıb.
O, qərarın futbol klublarına zərər vuracağı ilə bağlı fikirlərlə razılaşmayıb:
“Deyirlər ki, mərc oyunlarını qadağan etməklə futbol klublarını məhv edəcəyəm. Mərc oyunları sayəsində vəziyyəti yaxşılaşan heç bir klub yoxdur. Bir komandanın kasıb insanların pulları hesabına futbolçuya maaş verməsi fikrini qəbul edə bilmərəm. Ölkədə mərc oyunlarını qadağan etmək çox cəsarətli addım idi. Mən demişdim ki, əvvəlcə hər şeyi tənzimləməyə çalışacağıq. Əgər tənzimləmə nəticə verməsə, mərc oyunlarına son qoyacağam. Mərc oyunları yoxsul insanlar üçün əsl faciəyə çevrildi”.
Bizi İnstaqramda izləmək üçün kliklə!