Mərc qalmaqalı: Super Liqa klubunun prezidenti həbs olunub

07.11.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbul Baş Prokurorluğu mərc iddiaları ilə bağlı apardığı istintaq işlərini davam etdirir.

Apasport.az xəbər verir ki, Baş Prokurorluq daha 21 şübhəli barəsində həbs qərarı çıxarıb.

Onların arasında "Eyüpspor" klubunun prezidenti Murat Özkaya da var. Həmçinin 17 hakim də nəzarətə götürülüb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) daha əvvəl adları mərc oyunlarında hallanan 149 hakimi işindən uzaqlaşdırıb.

De Rossinin yenidən A Seriyasında - RƏSMİ Joze Mourinyo: "Bu hakim məni sevmir" Murad Musayev ən yaxşı baş məşqçi seçilib ÇL: Haland tarixə düşüb PSJ-də ciddi itki
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью