“Mərcan” klinikasında Sənan Mehdiyevin əməliyyatında sonra komaya düşən 30 yaşlı Nəzrin və…
Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərcan Klinikasında burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komada idi.
Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur.
Nəzrin Mansurova komadan çıxmayaraq vəfat edib. Qeyd edək ki, zərərçəkənin atası Aydın Abışzadə “Baku TV”yə açıqlama vemişdi.
Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib: “Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib.
Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik.
Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək.
Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb.
Tam oxu
Xəbəri oxu