Mərcdə udduğumuz pulu məhkəməylə ala bilərik? CAVAB

12.11.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu mərcdə udulan pulun məhkəmə yolu ilə tələb edilməsiylə bağlıdır.

Mərcə girib, udduğumuz pulu qarşı tərəf vermirsə, məhkəmə yolu ilə onu ala bilərik?

Lent.az xəbər verir ki, Mülki Məcəllənin 1084-cü maddəsinə əsasən, lotereyalar, idman mərc və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.

Bundan əlavə, Mülki Məcəllənin 1085.1-ci maddəsinə görə, oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью